Bakıda telefonla danışan avtobus sürücüsü dəhşətli qəza törətdi - FOTOLAR

Bakının Sabunçu rayonunda iki sərnişin avtobusu toqquşub. Zabrat qəsəbəsində 173 və 198 saylı marşrut avtobusların toqquşması nəticəsində 11 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Artıq xəsarət alan 11 nəfərin şəxsiyyəti və qəzanın səbəbi məlum olub. Avtosfer.az "Report"a istinadın xəbər verir ki, qəza 198 saylı marşrut avtobus sürücüsünün telefonla danışdığı üçün qarşısında gedən 173 saylı sərnişin avtobusuna arxadan çırpılması nəticəsində baş verib.
Xəsarət alanlardan biri körpədir. Siyahı:
1987-ci il təvəllüdlü Hüseynova Gülanə
1987-ci il təvəllüdlü Hüseynov Rauf
1952-ci təvəllüdlü Əliyev Nurəddin
1965-ci il təvəllüdlü Bayramov Vidadi
1971-ci il təvəllüdlü Mehdiyev Sahib (Vəziyyəti olduqca ağırdır)
1995-ci il təvəllüdlü İsgəndərli Günel
1970-ci il təvəllüdlü İsmayılov Binnət
1960-cı il təvəllüdlü Səmədova Gülzar
1996-ci il təvəllüdlü Hüseynov Mahir
2003-cü il təvəllüdlü Xalıqov Fərhad Zəkulla oğlu
2016-cı il təvəllüdlü Hüseynli Həsən Rauf oğlu
Yaralılardan 10 nəfəri artıq evə buraxılıb. Yalnız Sahib Mehdiyev vəziyyəti ağırdır. O, Reanimasiya şöbəsinə yerləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















