Bakıda temperatur 50-60 dərəcəyə çatıb? - Nazirlik rəsmisindən AÇIQLAMA

Avqust ayı gələndən Azərbaycanda anomal hava şəraiti hökm sürür. Hələ ki temperatur göstəriciləri 40 dərəcədən aşağı düşməyib. Bu cür hava şəraiti əksəriyyətin narahatlığına səbəb olur. Xüsusilə də açıq havada işləyən insanlar, gün altında gəzmək məcburiyyətində qalanlar istilərdən əziyyət çəkirlər.
Digər tərəfdən sosial şəbəkələrdə yol qırağında və ya maşınlardakı termometr qurğularının göstəricilərini paylaşanlar və temperaturun əslində daha çox olduğunu qeyd edənlər də az deyil. Qeyd edək ki, həmin qurğularda temperatur göstəriciləri 50-60 dərəcə arasında dəyişir.
Maraqlıdır, hazırda hökm sürən istilər iqlim normalarına uyğundurmu? Temperatur göstəricilərinin qeyd edilənlərdən yüksək olma ehtimalı nə dərəcədə doğrudur?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Modern.az-a açıqlama verib. O, bildirib ki, bugünkü istilər əslində normaya uyğundur:
“Son günlər temperatur göstəriciləri maksimal həddi aşmayıb. Əslində bu il hava sərin keçdi, elə də isti olmadı. Ümumiyyətlə, yay fəslində hava temperaturu belə də olmalıdır. Azərbaycanda həmişə iyulun sonları avqustun əvvəli hava bu cür olub. Məsələn, Bakı üçün maksimal norma 41,6 dərəcədir. Zaman-zaman rayonlarda hətta 46 dərəcə olan vaxtlar olub, amma bu il temperatur 42 dərəcəni çox keçməyib. Yəni hazırda hava temperaturu norma səviyyəsindədir.
Yol qırağındakı qurğuların göstəricilərinə gəldikdə isə bu, təbiidir. Həmin qurğuları gün vurub qızıdırır. Məsələn, maşınlarda da temperatur 50-60 dərəcə arasında göstərə bilər. Həmin göstəricilər əslində havanın temperaturu deyil. Bu, ətrafın təsiri ilə olur. Həmin dərəcələrə inanmaq olmaz”.
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO










