Bakıda tikinti şirkəti borunu zədələdi; İçməli su küçəyə axır - VİDEO

Bakının Nəsimi rayonunda aparılan söküntü işləri zamanı içməli su xətlərinə xəsarət yetirilib. Sakinlərin sözlərinə görə, içməli su günlərdir ki, küçəyə axır.
Avtosfer.az-ın məlumatına görə, içməli su tullantı sularına qarışaraq küçənin hər yerindən üzə çıxır. Sakinlər deyirlər ki, onsuz da bərbad vəziyyətdə olan küçədə əvvəl təkcə yağış yağanda çəkmə geyinirdilər, indi isə hər gün.
Hasarlanmış ərazidə böyük su çuxuru yarandığından məsul şirkət işləri müvəqqəti dayandırıb. Sakinlərdən də bu tikintinin hansı şirkətə aid olduğunu öyrənə bilmədik.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, həmin ərazidə tikinti şirkəti söküntü işləri həyata keçirib və infrastruktur tamamilə dağıdılıb. Ərazidə yeni tikinti işləri aparılacaq. Sukanal idarəsi tərəfindən isə kanalizasiya boruları tez-tez təmizlənir.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB









