Bakıda tıxacın yaranma səbəblərindən biri də bu imiş - REAL VİDEO

Sürücülərdən biri Ziya Bünyadov prospektində tıxacın yaranma səbəbi ilə bağlı video çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az-ın məlumatına görə, sürücü bildirir ki, tıxacın yaranmasına səbəb yolun solunda və sağında olan dilənçilərdir. Onlar sürücülərdən pul diləndikləri üçün yolda sıxlıq yaranır. Lakin sürücünün hərəkətləri də tıxacın yaranma səbəblərindən biridir. Təbii ki, yolun hərəkət hissəsində insanların dayanması, pul dilənməsi normal hal deyil. Hətta təhlükə mənbəyidir. Amma onlar axın olan zaman yolun hərəkət hissəsində olmurlar. Dilənçilər əsasən tıxac yaranan zaman yola çıxıb sürücülərdən pul dilənməyə başlayır. Lakin videgörüntünü qeydə alan sürücü və onun qarşısındakı “Toyota Prius” markalı avtomobilin sürücüsü iki zolağın arası ilə gedərək yolun hərəkət hissəsində yerləşmə qaydasını pozurlar. Yəni, 2 zolaqdan 3 zolaq əmələ gətirirlər. Yol daralanda isə gah sağa, gah da sola keçərək arxadakı axının sürətinə təsir edirlər. Tıxac da məhz buna görə baş verir. Lakin heç kim bunun fərqinə varmır. Ona görə də insanlar öncə səhvi özündə axtarıb düzəltməli, daha sonra digər insanlarda səhv axtarmalıdır.
Leyla
Dövlət Gömrük Komitəsi Elçin Quliyevi CƏRİMƏLƏDİ - İş məhkəməyə DÜŞÜB
Ramazan ayının on səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO










