Bakıda tıxaclara son- YENİ ÜSUL

Paytaxt yollarında nəqliyyatın sıxlığını azaltmaq üçün Bakı Nəqliyyat Agentliyi yeni layihəyə başlayıb. Avtosfer.az xəbər verir ki, Bu barədə publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi tıxacların qarşısını almaqdan ötrü Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları üçün iş vaxtı rejiminin dəyişdirilməsi haqqında qərar verib: “Dəyişikliyə əsasən işçilərin 20 faizinin iş saatı 07:00-da başlayacaq. Birdən-birə işçilərin hamısını bu cür işə cəlb edə bilmərik. Bu iş mərhələli şəkildə həyata keçiriləcək. Bu barədə dövlət təşkilatları, QHT-lərə təkliflər paketi hazırlanaraq göndərilib. Təklif yeni olduğuna görə, hələ cavab almamışıq”.
Bu qərarın paytaxtda tıxacların qarşısını almaq effektinə gəldikdə, N.Allahyarova dedi ki, bunu yalnız bütün qurumlar bu layihəyə qoşulandan sonra demək mümkündür: “İlkin təcrübədən bu cür iş saatının iş şəraitinə normal təsir etdiyi müşahidə edilir. Çünki bu layihədə iş saatı artmır, işçi 8 saatdan çox işləmir. Nə qədər qurumun bu işə nə qədər əməkdaş cəlb etməsi barədə məlumatlar toplanandan sonra tıxacların nə qədər azaldığını müəyyən edə biləcəyik”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












