Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun tarifləri müəyyənləşdirilib

Bakıda keçirilən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası bu gün işini yekunlaşdırıb. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirin yekunlarına dair protokol imzalanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "report"a daxil olan xəbərə görə, protokolda Transxəzər beynəlxalq nəqliyyat marşrutunda Çin, Orta Asiya regionundan - Qara dəniz hövzəsi, Ukrayna, daha sonra Avropaya və əks istiqamətdə rəqabətədavamlı tariflərin tətbiqi nəzərdə tutulur. Həmin tariflər mayın 17-də Gürcüstanda keçiriləcək işçi qrupunun növbəti iclasında dəqiqləşdirilərək, iyunun 1-dən isə tətbiq olunacaq.
Sənəddə həmçının Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarına dair bənd də əksini tapıb. Burada qatarların orta sürəti, uzunluğu və hərəkət cədvəlinin tətbiq olunması qeyd olunub.
Eyni zamanda işçi qrupunun üzvləri Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun 2016-cı ilə fəaliyyət planını müzakirə ediblər və Əlaqələndirmə Komitəsinin növbəti iclasının gündəliyini təstiq ediblər.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












