Bakıda turistlər üçün ictimai nəqliyyat pulsuz olacaq - Yeni kart təqdim olunacaq

Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı verən kartlar hazırlanıb. Bu barədə Avtosfer.az-a Milli Turizm Təbliğat Bürosundan məlumat verilib. Bürodan bildirilib ki, "Baku Card" Bakı şəhərini müasir tanıdacaq və ölkəmizə səfər edən turistlərin daha da çox maraq oyatmasına səbəb olacaq yeni bir məhsuldur. “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər.
Sabah Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və PASHA Travel şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək. Memorandum Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli və PASHA Travel şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid tərəfindən imzalanacaq.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












