"Azercell" və universitet səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi - FOTOSESSİYA

Avtosfer Foto 19 Fevral 2025 21:18 Oxunub 6234
"Azercell" və universitet səkinin zəbt edilməsi ilə bağlı iddiaya aydınlıq gətirdi - FOTOSESSİYA
WhatsApp|

"Azercell"in Mətbuat Xidməti Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində yerləşən, vətəndaşları narazı salan avadanlıq ilə bağlı redaksiyamıza daxil olan şikayətə reaksiya verib.

Avtosfer.az-ın məlumatına görə, qurumdan Oxu.az-a bildirilib ki, Ceyhun Hacıbəyli küçəsində yerləşən avadanlıq "Azercell"in səyyar radio-baza stansiyasıdır:

"Ərazidə aparılan təmir-tikinti işləri ilə əlaqədar mobil rabitə xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə stansiya həmin yerdə müvəqqəti olaraq fəaliyyət göstərir".

Əlavə olunub ki, hazırda həmin ərazidə mobil rabitə şəbəkəsinin keyfiyyətli fəaliyyətini təmin edəcək radio-baza stansiyasının quraşdırılması üçün alternativ məkan müəyyən edilib və yaxın zamanda zəruri işlərin görülməsi planlaşdırılır:

"İndiyə qədər qeyd olunan avadanlığın yolu məhdudlaşdırdığına, sakinlər üçün maneə və ya narahatlıq yaratdığına dair şirkətimizə hər hansı müraciət daxil olmayıb".

***

Azərbaycan Universitetinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, həmin banner uzun müddətdir oradadır:

"Bəli, banner binaya girişin sağ tərəfindədir. Biz 2017-ci ilin yayından bu binada fəaliyyət göstəririk. Həmin banner bizdən əvvəl də orada olub. Universitetə indiyə qədər qeyd olunan bannerin ərazini məhdudlaşdırdığına, sakinlər üçün narahatlıq yaratdığına dair hər hansı vətəndaş müraciəti, yaxud şikayət, o cümlədən aidiyyəti dövlət qurumlarından hər hansı xəbərdarlıq daxil olmayıb.

Hesab edirik ki, bu da ərazinin şəkildə görünməyən hissəsi - yandakı binanın parklanma yerinin çıxışı ilə əlaqədardır".

***

Paytaxtın bir sıra küçə və prospektlərindəki səkilər hələ də müxtəlif obyektlər, eləcə də sürücülər tərəfindən zəbt edilib. Bu halların qarşısının alınması istiqamətində ölkə başçısı İlham Əliyevin yanvarın 30-u imzaladığı sərəncamla Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər qurumlara müxtəlif tapşırıqlar verilib.

Avtosfer.az xəbər verir ki, şəhərin nəqliyyat infrastrukturu və arxitekturasında dəyişikliklərin edilməsi fonunda səkiləri zəbt edən obyektlərlə bağlı da müəyyən addımların atılması gözləniləndir.

Bütün görülən tədbirlərə baxmayaraq hələ də səkilərin obyektlər tərəfindən zəbti davam edir.

Belə ki, paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yerləşən Azərbaycan Universitetinin  səkidə yerləşdirdiyi adı yazılan lövhə piyadaların hərəkətinə maneə yaradır. Universitetlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Ceyhun Hacıbəyli küçəsinin digər hissəsində isə müəssisəyə məxsus olan qazanxana həm də tullantı qutuları üçün ayrılmalı olan yeşiklərin də səkinin ortasına qoyulmasına səbəb olub. Nəticədə də piyadalar yolun avtomobillər üçün olan hissəsinə düşüb hərəkət etməli olurlar.

Bununla yanaşı, Səbail rayonu Nizami küçəsində, eləcə də Nəsimi rayonu Füzuli küçəsində avtomobilləri məhəllələrə giriş məntəqəsində, keçidlərdə saxlayaraq səkidə irəliləməyi mümkünsüz edən sürücülər piyadaların hərəkətinə mane olub.

Səfər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh