Bakıda uşaqlar marketdən qril aldı, içindən qurd çıxdı - VİDEO

Paytaxtda marketlərdən birində satılan təndir qrili ilə bağlı narahatedici hadisə baş verib.
Avtosfer.az xəbər verir ki, vətəndaş bu barədə özünün sosial şəbəkə hesabında video yayıb. Qeyd edilən məlumatlara görə, vətəndaşlar aldıqları qril məhsulunda xoşagəlməz mənzərə ilə qarşılaşıblar. Videoda toyuğun içərisində hərəkət edən qurdların olduğu açıq-aşkar görünür.
Məhsulu uşaqlar alıb və onun yalnız kənar hissələrindən istifadə ediblər. Daha sonra məhsulun içərisinə baxıldıqda orada qurdların olduğu aşkarlanıb.
Sosial şəbəkə istifadəçiləri görüntülərə sərt reaksiya verərək bu cür məsuliyyətsizlik hallarının artmasını və nəzarət mexanizmlərinin zəifliyini tənqid ediblər. Xüsusilə də azyaşlıların sağlamlığını təhdid edən belə halların qarşısının alınması üçün belə məhsulların satışa təqdim edilməzdən əvvəl laborator araşdırma və icazələrin tətbiqi ilə bağlı ciddi tədbirlərin görülməsi tələb olunub.
Fidan
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










