Bakıda Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat sərgisi işə başlayıb

Bu gün "Baku Expo Center"də VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (“Road&Traffic 2017”) sərgisi işə başlayıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, rəsmi açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də iştirak edib.
Sərgidə Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələri təmsil edən şirkətlər yol-tunel layihələndirməsi və inşaatı üzrə xidmətlər, habelə yol təhlükəsizliyi vasitələri, yol maneələri, yolların işarələnməsi üçün avadanlıqlar, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsulları təqdim edir.
Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur.
Qeyd edək ki, “Road&Traffic” sərgisi XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica”) və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar (“CIBS 2017”) sərgiləri ilə eyni meydançada keçirilir.
Belə ki, bu il sərgi bir sıra şirkətləri bir araya gətirərək qayıq və yaxtalar, gəmi təmiri və gəmiqayırma sektorlarını da təqdim edir. Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi - dəniz və dəmir yolları vasitəsi ilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunur.
Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Azərbaycan Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edir.
Sərgi proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək. “Rusaqrotrans” ASC şirkəti isə öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcək.
Sərgiyə Dövlət Dəniz Administrasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) rəsmi dəstək göstərir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












