Bakıda xüsusi zolaqlara daxil olduğuna görə 941 sürücü cərimələnib

Bakıda İslamiada ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov APA-ya deyib ki, Bakıda keçirilən IV İslam Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına nəzarət davam etdirilir: “Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 941 nəfər inzibati məsuliyyətə cəlb edilib”. V.Əsədov sabahdan həmin zolaqlarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edib: “Sabahdan yarışlara qatılacaq idmançıları daşıyan nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi artacaq. Buna görə də sürücülərdən diqqətli olmaları, yarışlar üçün nəzərdə tutulmuş zolaqlara daxil olmamaları xahiş edilir. Həmin zolaqlardan istifadə hüququ olmayan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəklərini bir daha nəzərinizə çatdırıram”. Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












