Bakıda yağan yağışın miqdarı normadan bir qədər yuxarı olub

Ötən gün Bakıda yağan yağışın miqdarı normadan bir qədər yuxarı olub. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, ölkənin digər ərazilərində yağıntılar aylıq normaya yaxın olsa da, bəzi bölgələrdə normadan aşağıdır.
Onun sözlərinə görə, oktyabr-noyabr ayları yağış mövsümünün başladığı dövrdür: “Son günlər ən çox yağıntılar Lənkəran-Astara bölgəsində düşüb. Lənkəran-Astara bölgəsinə intensiv yağışlar yağsa da, orada olan vəziyyət aylıq norma ilə müqayisədə aşağıdır. Çünki həmin ərazi oktyabr-noyabr aylarında ən çox yağıntı düşən ərazilərdədir və burada intensiv yağışların yağması payız mövsümi üçün xarakterikdir”.
A.Verdiyev qeyd edib ki, müxtəlif illərdə bu aylarda ölkə ərazisində yağışlı hava şəraiti müşahidə edilib. Ötən il sentyabrda Bakıya düşən yağıntının miqdarı normadan dəfələrlə çox olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












