Bakıda yağış, sulu qar yağacaq

Bazar günü, fevralın 18-də müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi, gecəyə doğru yarımadanın bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət 90-100 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












