Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sentyabrın ilk günü

Sentyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-30 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 1-i gündüz, 2-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda ötən günlərlə müqayisədə temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










