Bakıda yaralı yolun ortasında qaldı: təcili tibbi yardım yaxın durmadı - VİDEO

Bakıda qəza zamanı vətəndaş yaralanıb. Avtosfer.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə yerinə gələn təcili yardım maşını yaralı vətəndaşı xəstəxanaya aparmaqdan imtina edib. Maraqlısı ondadır ki, buna görə heç bir əsas göstərilməyib. Ətrafdakıların təzyiqindən sonra təcili yardım əməkdaşları yaralı şəxsi xərəyə qoyaraq maşına mindiriblər. Bəzi vətəndaşlar isə YPX əməkdaşına təzyiq göstərərək yaralı şəxsə yardım etməyini tələb edib. Ancaq YPX əməkdaşı yaralını xəstəxanaya çatdırmaq səlahiyyətində olmadığını bildirib. YPX əməkdaşı yolu tənzimləməli, hadisə yerindəki vəziyyətə nəzarət etməlidir. Təcili Yardım Stansiyasından bizə bildirilir ki, təcili tibbi yardım maşını heç bir halda yaralı şəxsi xəstəxanaya aparmaqdan imtina edə bilməz. Yalnız vəziyyəti yüngül olduqda ilkin tibbi yardım göstərilir və evə buraxılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












