Bakıda yeni işıqforlarla bağlı təkliflər hazırlanıb

Paytaxtda yeni işıqforların quraşdırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin tərkibində xarici mütəxəsisslərin də cəlb edildiyi mobil işçi qrupu yollarda dəyərləndirmələr aparırlar. Onlar artıq hansı ərazilərdə yeni işqıqforların quraşdırılmasına ehtiyacın olduğunu müəyyənləşdiriblər. Bununla bağlı konkret təkliflər hazırlanıb.
Avtosfer.az xəbər verir ki, bunu milli.az-ın rəsmi sorğusuna cavab olaraq Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsindən bildiriblər.
Agentliyin açıqlamasına görə, həmin təkliflərə əsasən, mütəmadi olaraq yollarda yeni işıqforların quraşdırılması təmin edilir: "Hazırda Bakı şəhərinin inzibati ərazisindəki yollarda avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləyən 309 işqıfor var. Bu işıqforların 150-nin idarəetməsi BNA tərəfindən, qalan 159 işıqfor isə DİN BDYPİ-nin müvafıq qurumu tərəfindən həyata keçirilir". BNA qeyd edir ki, onların nəzarətində olan işıqforlar ən müasir texnalogiyalardan istifadə etməklə, yəni işıqforların 92-si fiberoptik, 57-si isə 3G sistemi ilə idarə olunur.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












