Bakıda yeni metrostansiyalar inşa edilir? - RƏSMİ AÇIQLAMA
Gündəm
25 Oktyabr 2023 20:48

Bir neçə gündür KİV və sosial mediada yayılan xəbərlərə görə, Bakı şəhərinin Baş Planı yekunlaşıb. Qeyd edilir ki, planda Bakıya 50 km-ə qədər tramvay xəttinin çəkilməsi, metrostansiyalarının sayının 47-yə çatdırılması nəzərdə tutulur.
Məsələ ilə bağlı Trend-in sorğusunu cavablayan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Bakı Metropoliteni” konseptual inkişaf sxeminə uyğun olaraq metropolitenin 5 xətdən, (hazırda 3 xətt var) və 76 stansiyadan (hazırda 27 stansiya var) ibarət olması nəzərdə tutulub.
"49-50-yə yaxın stansiyanın tikintisi nəzərdə tutulub. Bu stansiyaların hamısı dərhal inşa olunmalı deyil. Məsələdə Bakı şəhərinin Baş Planını önə çəkirik. Çünki şəhərin əsas inkişaf istiqamətləri nəzərə alınmadan metropolitenin inkişafını nəzərdə tutmaq olmazdı.
Bakı Şəhər Baş Planında ilk vəzifə olan yaşıl və qırmızı xətlərin ayrılması diqqət mərkəzindədir. Dairəvi xəttin yaradılması və inşası gedən bənövşəyi xəttin inkişaf etdirilməsi nəqliyyatın daha rahat idarə olunması baxımından əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur.
Oxunub : 1272
DİGƏR XƏBƏRLƏR
27 Mart 2026 16:36
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
27 Mart 2026 13:55
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
27 Mart 2026 10:38
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
27 Mart 2026 10:13
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
26 Mart 2026 21:15
Bu yollarda tıxac var - SİYAHI
26 Mart 2026 20:00
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
26 Mart 2026 19:24
Bakıda güclü duman müşahidə olunur
26 Mart 2026 19:12
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
26 Mart 2026 18:33
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
26 Mart 2026 15:50
Azərbaycana soyuq hava kütlələri daxil olub
26 Mart 2026 15:12
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
26 Mart 2026 13:55
Temperatur 5° enəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
ŞƏRH YAZ










