Bakıda yeni yol çəkilir - Sürücülərin işi asanlaşacaq - VİDEO

Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub ki, onlardan biri də Xaqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsi ilə əlaqələndirən yeni bir yolun tikintisidir. Artıq layihənin icrasına başlanıb. Hazırda Xəqani Rüstəmov küçəsində Babək prospektinə gedən istiqamətdə yol bağlıdır. Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni yolun istifadəyə verilməsi paytaxt ərazisindəki bəzi yolların yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Ekspert qeyd edib ki, yeni layihənin icrası nəticəsində sərnişindaşınmanı təkmilləşdirmək, eləcə də, mikromobillik zolaqları yaratmaq mümkün olacaq. Layihə ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən vurğulanıb ki, yeni yol tunel vasitəsilə ərazidə mövcud olan dəmir yolu xəttinin altından keçərək inşa ediləcək. Bununla da yeni yol hər iki istiqamətdə nəqliyyat axınını fasiləsiz təmin etmiş olacaq.
Daha ətraflı videomaterialda:

Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI
İsrail ŞOK siyahı yaydı – Onlar da ÖLDÜRÜLƏCƏK - FOTO
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı










