Bakıda yeraltı dayanacaq tikilir - FOTO

Bakının Nizami rayonunda, "8-ci kilometr" bazarının yaxınlığında, Naxçıvanski və Elşən Süleymanov küçələrinin kəsişməsində yeraltı dayanacaq tikilir.
Avtosfer.az day.az-a istinadən bildirir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov deyib. Onun sözlərinə görə, yeraltı dayanacağın üzərində biznes-mərkəz inşa oluna bilər. "Burada park olmayacaq. Dayanacağın neçə avtomobil üçün hesablandığı barədə məndə məlumat yoxdur".
Dayanacağın bu il istifadəyə verilməsi nəzərdə tutulmayıb.
Qara Qarayev prospektində isə yerüstü dayanacaq olacaq.
Layihəyə görə, 6-mərtəbəli dayanacağın hündürlüyü 21,3 metr, uzunu 57,6 metr, eni 41,4 metr təşkil ediləcək. İnşasına 2013-cü ilin aprelində başlanmış dayanacaq 200 avtomobil üçün nəzərdə tutulub.

Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












