Bakıda yol polisi ciddi tədbirlərə başladı - Bu dəfə piyadalara qarşı

Bakıda yol polisi əməkdaşları piyadalarla əlaqədar ciddi mübarizə tədbirləri həyata keçirməyə başlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, piyadaların avtomobillərlə vurulması çox ciddi narahatlıq doğurur:
“2016-cı ildə piyadaların avtomobillərlə vurulması ümumi yol-nəqliyyat hadisələrinin təxminən 60 faizini təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur. Eyni zamanda, 2017-ci il ərzində Azərbaycanda böyük idman tədbirlərinin keçirilməsi nəzərdə tutulur və ölkəmizə çoxsaylı qonaqların gəlməsi gözlənilir. Onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görüləcək. Həmçinin, piyadalar arasında nizam-intizamı yüksəltməyə çalışacağıq. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlamışıq”.
V.Əsədov qeyd edib ki, yeraltı və yerüstü piyada keçidlərində yol polisi əməkdaşları xidmətini ciddi şəkildə davam etdirir, piyadalara təyin olunan cərimələrin ödənilməsi ilə bağlı materiallar artıq məhkəmələrə və aidiyyatı üzrə icra məmurlarına göndərilir.
Bölmə rəisi əlavə edib ki, bu tədbirlər piyadaların avtomobillərlə vurulması hallarının azaldılması məqsədi daşıyır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












