Bakıda yol polisi Dubay nömrəli “Lamborghini”ni saxladı və - Buraxdı

Bakıda yol polisi tərəfindən cərimə meydançasına aparılan yarım milyonluq “Lamborghini” markalı avtomobillə bağlı rəsmi məlumat verilib. Bakı şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, qeyd olunan avtomobil bu gün cərimə meydançasından buraxılıb: “Həmin avtomobil və onu idarə edən həmyerlimiz 26 iyul 2016-ci ildə Birləşmiş Ərəb Əmirliyindən ölkəmizə gəlib və avtomobili sərhəddən keçirib. Avtomobilin saxlanılmasına səbəb sürücünün uçot-qeydiyyat tələblərini pozmasıdır. Belə ki, sürücü və avtomobil Azərbaycanda olduğu müddətdə ərazi üzrə qeydiyyata düşməyib.
Saxlanılarkən sürücüyə hüquq və vəzifələri izah edilib. Qanunverciliyin tələbləri üzrə müvafiq qaydada tədbir görülüb, bu gün isə həmin avtomobil qanunun tələbləri yerinə yetirildikdən sonra cərimə meydançasından buraxılıb”.
Elmin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














