Bakıda yol polisini qanunlar əzir - VİDEO

Cərimələrdə və maliyyə cəzalarında sosial ədalət prinsipi inkişaf etmiş ölkələrin qanunvericiliyinin əsaslarından biridir. Yəni hər hansı qanun pozuntusuna görə varlı ilə kasıbın cəzasına fərq qoyulur. Azərbaycanda isə bu fərq yoxdur, halbuki yol hərəkət qaydalarının pozulmasına görə, fikrimizcə, varlılar daha çox cərimə ödəməlidirlər.
İki gün əvvəl Bakıda rastlaşdığımız mənzərə göstərdi ki, yol hərəkətinin daha effektli olması üçün varlılar daha çox cərimə ödəməlidirlər. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Bakının İstiqlaliyyət küçəsində, daha dəqiq desək, Azərbaycan İqtisad Universitetinin yaxınlığında bahalı avtomobil sürücüsünün yol polisini saymazlığı onu hövsələdən çıxarıb. Motosikletdə xidmət aparan yol polisi dayanıb-durma qadağan olunan yerdə "Mercedes" markalı avtomobili saxlayan sürücüyə bir neçə dəfə xəbərdarlıq edir. Polis ona maşını həmin ərazidən götürmək əmri versə, avtomobildə əyləşən sürücü ona məhəl qoymur. Sürücünün saymazlığı yol polisini hövsələdən çıxarır, o, həmin avtomobilə yaxınlaşır və sənədlərini tələb edir. Həmin sürücü isə heç əhvalını pozmadan sənədlərini yol polisinə təqdim edərək cərimələnməsini normal qarşılayır.
Görünən mənzərə odur ki, həmin sürücünü 40-50 manat cərimə olunması narahat etmir, onun üçün əsas öz işi və prinsipləridir. Yol polisinin işinin daha effektli olması üçün Azərbaycanda da Avropanın bəzi ölkələrində olduğu kimi maddi imkanı yüksək olan sürücüləri çəkindirmək üçün ağıllı üsuldan istifadə olunmalıdır. Sürücüyə cəza onun bir günlük qazancına uyğun təyin olunmalıdır.
Belə bir qayda dünyada ilk dəfə Skandinaviya ölkələrində tətbiq olunub. Finlandiyada 2005-ci ildə bir hadisə sensasiya yaratmışdı. Bir sürücüyə bir dəfəyə yüz əlli iki min avro cərimə tətbiq etmişdilər. Həmin adamın gündəlik qazancı 50 min avrodan çox olub. Ona görə də bir qayda pozuntusuna görə üç günlük qazancı məbləğində cərimə olunub.
Bu qaydanın Azərbaycanda tətbiqi vacib olsa da, işlək olması inandırıcı görünmür. Ekspertlər də hesab edirlər ki, bunun üçün ölkədə ideal şəffaflıq olmalı, qaydaların uğur qazanması üçün maaşlar, qazanclar gizlədilməməli, sistem olmalıdır.
Hər halda polisin qanunlar qarşısında cılız görünməməsi üçün Avropada tətbiq olunan qaydalara keçməyin vaxtıdır.
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










