Bakıda yol yenidən çökdü: sürücülər təhlükədə - VİDEO+ FOTO

Bakı-Sumqayıt şosesinin Beynəlxalq Avtovağzal kompleksinə yaxın hissəsində yol yenidən çöküb. Yağan yağış və avtomobillərin yolun çökən hissəsində intensiv hərəkəti nəticəsində çat daha da böyüyüb. Yolun bir hissəsinin deformasiyaya uğraması nəticəsində qəza şəariti yaranıb. Musavat.com-un müxbiri bu gün həmin ərziyə baş çəkərək, yoldakı vəziyyətlə maraqlanıb.
Qeyd edək ki, bu yolda bir neçə ay öncə baş verən sürüşmə nəticəsində yolda çat yaranmış və ərazidə təmir-bərkitmə işləri aparılmışdı. Lakin hazırda yolun bir hissəsi yenidən təxminən 10 santimetr qalınlığında çöküb və çatın uzunluğu 10 metrə çatıb. Sürücülər nəqliyyatın intensiv hərəkət etdiyi yolda hər an qəza təhlükəsi ilə üz-üzədir. İri çatların üzərindən yüksək sürətlə hərəkət edən avtomobillərin hərəkəti məhdudlaşdırılmadığı üçün, çatın üzərindən keçən avtomobillərin bir tərəfi çökən yolun yuxarı hissəsinə, bir tərəfi isə aşağı hissəsinə düşür və aşma təhlükəsi yaşanır. Bundan əlavə, yolun kənarı, əvvəllər sərnişin dayanacağı olan hissə, təmir işləri adı ilə hasara alınsa da, orada da çatlar dərinləşir.
Çökmənin qarşısını almaq üçün tikilən beton sədd də sürüşmənin təsiri ilə qabarıb və əyilib. İntensiv yağışlar yağsa, sürüşmə aktivləşsə, bu səddin uçması da an məsələsidir.
Onu da qeyd edək ki, yolun əsas qəzalı hissəsindən bir qədər irəlidə də yeni çatlar yaranıb. Təəccüb doğuran məqam odur ki, yetkili qurumlardan heç biri yolun bu hissəsində hərəkətin məhdudlaşdırılmasını həyata keçirmir.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF



















