Bakıda yolkəsən marşrut sahibi peyda olub?

Avtosfer.az xəbər verir ki, bu barədə Bakının xanım sakinlərindən biri milli.az-a məktub yazaraq aprelin 15-də axşam saatlarında paytaxtın ictimai nəqliyyatında başına hadisə gəldiyini bildirib. Şikayətçi sərnişin müvafiq qurumların bununla bağlı təcili ölçü götürməsini istəyib: "Axşam saat 9 radələrində 94 saylı marşrutla gəlirdim. "Neftçilər"də bir qrup şəxs yolu kəsdi, camaatı avtobusdan düşürtdü. Bütün sərnişinlər təlaş içində idi. Qorxduq. Sonradan öyrəndik ki, 36 saylı marşrutun sahibi 94 saylı marşrutu "Xalqlar dostluğu"na buraxmır. Məqsəd isə insanları məcbur edib öz marşrutuna mindirməkdir. Bu qədər insan bu vicdansız şəxsə görə stress kecirtdi. Bu nə özbaşınalıqdır? 5 manat artıq pul qazanacaq deyə camaat əziyyət çəkməlidir? Xatırlatmaq istəyirəm ki, 94 nömrəli marşrut "Xalqlar dostluğu"ndan Yeni Yasamala gedir və Avropa oyunları öncəsi ləğv olunmuşdu. Yenicə bərpa olunub və biz sərnişinlər bundan razıyıq, mənzil başına rahat çatırıq. Xahis edirəm, 36 saylı marşrutun sahibi kimdirsə, onun barəsində ölçü götürülsün. Özünü nə hesab edir ki, yol kəsir. Belə qudurub? Bir qadının qorxudan az qala ürəyi gedəcəkdi. O qadına nəsə olsaydı, nə cavab verəcəkdi?"
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) müraciət etdik. NİİM-in ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib ki, onlar artıq məsələdən xəbərdardırlar və hazırda bununla bağlı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












