Bakıda yollar niyə çökür? – Keyfiyyətsiz asfalt, yoxsa. . . – RƏSMİ AÇIQLAMA - VİDEO

Son illərdə Azərbaycanda yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Magistral yollar, şəhər daxili küçələr, eləcə də regionlarda yeni yollar salınır, mövcud yollar isə əsaslı şəkildə yenidən qurulur.
Rəsmi qurumlar bu yolların beynəlxalq standartlara uyğun tikildiyini bildirsələr də, bəzi hallarda, xüsusən də intensiv yağıntılardan sonra bəzi ərazilərdə yol səthində çökmələr və çatlar müşahidə olunur. Bu isə ictimaiyyət arasında haqlı suallar doğurur:
Azərbaycanda yollar Avropa standartlarına uyğun qurulurmu? Yağışdan sonra hər dəfə yollarda niyə çökmələr yaranır?
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a açıqlamasında bildirib ki, yüzlərlə kilometr uzunluğa malik paytaxt küçələrinin hər hansı bir ərazisində çökmə baş verməsi həmin yolların keyfiyyətsiz tikilməsi və yaxud standartlara uyğun tikilməməsi anlamına gəlmir:

“Xüsusən iri şəhərlərdə kommunikasiya xətləri sırf küçə və prospektlərin altı ilə çəkilir. Onlarda hər hansısa xırda bir problem olduqda, bu, özünü asfalt-beton örtüyündə büruzə verir və çökmə qeydə alınır.
Paytaxt ərazisində qeyd olunan ünvanda çökmə hadisəsi qeydə alınmışdı. Dərhal agentliyimizin və aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olundu, hava şəraitinə uyğun tədbirlər görüldü. Amma hava şəraiti düzələn kimi həmin problemin aradan qaldırılması istiqamətində addımlar atılacaq”.
Eltac Zülfüqaroğlu
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










