Bakıda yollarda vəziyyətlə əlaqədar mərkəzi qərargah yaradılıb

"Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar 7 yol qəzası qeydə alınıb". Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar gecə saat 04:00-dan mərkəzi qərargah yaradılıb: "Bakı Şəhər İcra Hakimiyyətinin "Qış Qarajı", Azəravtoyol ASC və DYP əməkdaşlarından ibarət mərkəzi qərargah yaradılıb. Yollar tam nəzarətə götürülüb və qardan təmizlənib. Paytaxtın küçə və prospektlərində sürüşmə halı müşahidə edilmir. Məhz buna görə də səhər saatlarında avtomobillərin hərəkətində heç bir problem olmayıb. Yalnız paytaxtın eniş-yoxuşlu yollarında qısa zaman ərzində sıxlıq yaranıb".
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












