Bakıda yolların "Venesiyaya" çevrilməməsi üçün təkliflər hazırlanıb

Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında aramsız yağan yağışlar, həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olmuş və nəticədə Bakı şəhərininin avtomobil yolları, küçə və prospektlərinin bir çox yerlərində yağış sularının yığılması müşahidə olunub, nəqliyyatın təhlükəsiz hərəkətində böyük çətinliklər, bəzi yerlərdə isə davamlı tıxaclar yaranıb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, "Azəravtoyol" ASC tərəfindən avtomobil yollarının saxlanılması və cari təmiri üçün ayrılmış vəsaitdən edilən qənaət hesabına öz gücümüzlə yağış sularının axıdılması məqsədilə ümumilikdə 2015-2016-cı illər ərazində müxtəlif diametrli uzunluğu 7563 m olan yağış-kanalizasiya xətləri çəkilib və təmir olunub və bu işlər bu gün də davam etdirilir.
Ancaq məsələnin əhəmiyyətini nəzərə alaraq prezident İlham Əliyev tərəfindən 2016-cı il noyabr ayının 11-də Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalanıb. İşçi qrupu Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi. Artıq bu tapşırığın icrası başa çatmaq üzrədir.
Cari ilin dekabr ayının 30-da isə dövlət başçısı tərəfindən Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman da imzalayıb. Bu Fərmana əsasən, Bakıda bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsi nəzərdə tutulur.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










