Bakıda yük maşını böyük tıxaca səbəb olub - FOTO

Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisindən keçən hissəsində böyük tıxac yaranıb. Hadisəyə "Kamaz" markalı yük avtomobilinin yük hissəsində olan taxtaların yola dağılması və sürücünün maşını dərhal saxlamaq istəyərkən avtomobilin bort hissəsinin də aşması səbəb olub. Hadisə "Kamaz" Qələbə dairəsindən Boyükşor qəsəbəsi istiqamətində hərəkətdə olarkən baş verib. Maşın tuneldən çıxan zaman yük hissəsində olan taxtaların bir qismi yola dağılıb. Nəticədə idarəetməni itirən sürücü maşını bardürün üzərinə çıxararaq yolun əks istiqamətinə – tunelə daxil olan hissəsinə (20 Yanvar dairəsi istiqamətində) keçirib. Burada isə yük avtomobilinin bor hissəsi aşıb və hər iki istiqamətdə böyük tıxac yaranıb. Əraziyə DYP əməkdaşları cəlb olunduqdan sonra 20 Yanvar dairəsi istiqamətində olan yol açılıb. Lakin Qələbə dairəsinə gedən yolda hələ də tıxac qalmaqdadır. Sürücü hadisə yerindən qaçıb.
Avtomobilin sahibi Məlikov Akif Eyvaz oğlu "Report"a açıqlamasında bildirib ki, maşını İsmayıl adlı sürücü ona verilən etibarnamə əsasında idarə edib. "O, içkili olmayıb, çox güman ki, qorxduğuna görə hadisə yerini tərk edib. Hazırda onunla əlaqə saxlamaq mümkün deyil", - deyə o əlavə edib.
"Kamaz" deformasiyaya uğradığından qaldırıcı kran vasitəsi ilə ərazidən uzaqlaşdırılaraq cərimə meydançasına yerləşdirilib. Yolun hər iki istiqamətində hərəkət bərpa olunub.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT



















