Bakıda yüzlərlə taksi və 400-ə yaxın avtobus təşkil ediləcək – SƏBƏB?

COP29 17 Sentyabr 2024 22:48 Oxunub 272
Bakıda yüzlərlə taksi və 400-ə yaxın avtobus təşkil ediləcək – SƏBƏB?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı ilə şəhərin müxtəlif əsas hissələrində ümumilikdə 14 nəqliyyat qovşağının təşkil edilməsi planlaşdırılıb.

Bu barədə Avtosfer.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən bildirilib.

Bildirilib ki, tədbir məkanı olan Bakı Stadionunun yerləşməsi, şəhərin metrostansiya xəritəsi, otel və yaşayış komplekslərinin sıx yerləşdiyi ərazilər və digər amillər nəzərə alınaraq planlaşdırılan nəqliyyat qovşaqları şəbəkəsi müxtəlif marşrut və nəqliyyat sxemlərini özündə ehtiva edəcək.

Sxemlər barədə hərəkət iştirakçıları davamlı olaraq məlumatlandırılacaq.

Belə ki, bu qovşaqların strateji yerləşməsi istər qonaqların, istərsə də şəhər sakinlərinin müxtəlif növ nəqliyyat vasitələrinə rahat və maneəsiz çıxışını və təyinat nöqtəsinə rahat çatmaları üçün sərf edilən zamanı minimallaşdıracaq.

Təyin olunacaq əhatəli nəqliyyat marşrutları üzrə tədbir əməliyyatlarının səmərəli təşkili üçün yüzlərlə taksi və 400-ə yaxın avtobus, o cümlədən ekspress ictimai avtobuslar, xüsusi “konfrans avtobusları” və “hava limanı avtobusları”nın hərəkəti təşkil edilərək müntəzəm sərnişindaşıma xidməti icra olunacaq.

Nəqliyyat sxeminin tətbiqində əsas amillərdən biri də tədbirin keçiriləcəyi tarixlərdə vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirilməsi məqsədilə əlçatan və rahat alternativlərin təmin edilməsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh