Banner

Bakıda zavodda güclü partlayış baş verib, yanğın başlayıb... - VİDEO

Gündəm 4 İyul 2020 20:44 Oxunub 3734
Bakıda zavodda güclü partlayış baş verib, yanğın başlayıb...  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının mərkəzində qara tüstü yayılıb.

Avtosfer.az  xəbər verir ki, Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

FHN-dən faktı təsdiqləyiblər.

Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir.

Yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. Qərargahdan verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.

Yanğın güclü olduğundan yaxınlıqdakı binalara keçmək ehtimalı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh