Bakıda zibil atmaq üçün “gediləsi uzun bir yol” - VİDEO

Xəzər rayonunun Türkan qəsəbəsinin sakinləri yaşadıqları ərazidəki zibilliklərdən şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, bəzi yerlərdə zibil qutularının az olması, bəzi yerlərdə isə, ümumiyyətlə, olmaması, küçə boyu kiçik zibilliklərin yaranmasına səbəb olur.
Sakinlər deyir ki, zibilləri atmaq üçün xeyli məsafə qət etmək məcburiyyətində qalırlar.
Problemlə bağlı Xəzər rayonunun Türkan qəsəbəsi üzrə icra nümayəndəliyindən Baku TV-yə bildirilib ki, mövcud vəziyyətdən xəbərləri var:
“Yaxın günlərdə zibil qutularının az olduğu ərazilərə yeni konteynerlər yerləşdiriləcək. Bu qablar məişət tullantıları üçündür. İnsanlar isə ora qum, daş, kəsək atır. Sakinlərdən xahiş edirik ki, zibillərini qablara atsınlar, yerə, küçəyə yox. Yeni qablarımız da gətirilib. Hamısı tezliklə qutuların az olduğu ərazilərə yerləşdiriləcək.”
Zibillik və üfunət insanların müxtəlif xüsusiyyətli xəstəliklərə tutulmasına yol açır. Bu səbəbdən də küçələrdə, evlərin qarşısında zibilliklərin olmaması üçün tezliklə lazımi tədbirlərin görülməsi vacibdir.
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










