Bakıdakı bu işıqfor tıxaca səbəb olur? - VİDEO

Bakıda təmirlə əlaqədar kəsişmədəki bəzi yollarda hərəkət məhdudlaşdırılsa da, işıqforun rejimi dəyişdirilməyib. Söhbət Yusif Səfərov küçəsindəki, Mərkəzi Neftçilər Xəstəxanasının yanındakı işıqfordan gedir.
Bir müddət əvvəl Cavanşir körpüsünün təmirə bağlanması səbəbilə sözügedən bu yolda sadəcə bir istiqamət üzrə hərəkət olsa da, işıqfor əvvəlki rejimdə çalışır.
Sürücülər iddia edirlər ki, buradakı işıqfor körpünün təmirə bağlanmasından sonra ərazidə tıxaca səbəb olur.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirildi ki, Yusif Səfərov küçəsinin 28 May və Mehdi Mehdizadə küçələri ilə kəsişməsində olan işıqforlar hazırda işlək vəziyyətdədir. Onların qeyri-işlək vəziyyətə gətirilməsi, 28 May küçəsi istiqamətində daim yaşıl işığın yanması Mehdi Mehdizadə küçəsindən Yusif Səfərov küçəsi istiqamətində hərəkət edən sürücülər üçün xaotik vəziyyət və qəza şəraiti yaradar. Çünki həmin işıqforlar bir-biri ilə əlaqəli şəkildə çalışır və yalnız birinin işləməsi texniki cəhətdən mümkün deyil.
Daha ətraflı videomaterialda.
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ
Süni intellekt də Bakı tıxacı ilə bacara bilmir — "Möcüzə mümkün deyil"
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?








