Bakıdakı ''maşın bazarı'' 200 min manata qurban getdi? - FOTO

Bakının Nizami rayonu ərazisindəki ''maşın bazarı''nda təxminən iki həftə əvvəl baş vermiş yanğın söndürülsə də, orada işləyən sahibkarlarların dərdlərinə məlhəm olan yoxdur. Bazarda yanan mağazalarda sahibkarlara dəymiş ziyan bir tərəfdə qalıb, əsas diqqət bazarın bağlanması və onun açılması ətrafında gedən gizli danışıqlardır. Bazarda işləyən sahibkarlar yanğın zamanı və ondan sonra gedən çirkin söhbətlər barədə Criminal.az saytına məlumat veriblər. Onların sözlərinə görə, hazırda bazar bağlanıb və heç kim içəri buraxılmır. Hətta yanmayan mağazaların işləməsinə də qadağa qoyulub. Sahibkarlar bildirir ki, bazar rəhbərliyi obyektin açılması üçün 200 min manat pul ödəməlidir. Həmin pulun kim tərəfindən istənilməsi dəqiq açıqlanmır. Əldə etdiyimiz məlumatlara görə, hətta 200 min pul söhbəti bazarın söndürülməsi zamanı da olub.
Bu aradada sahibkarlar musavat.com saytına maraqlı açıqlama verib: “3-4 gündür ki, bazar bağlanıb, bizi işləməyə qoymurlar. Burada olan mağazaların hamısı ən azı 1000 manatdan icarə haqqı ödəyir. Bir neçə gündür ki, bazara tapşırılıb ki, mağazaları bağlayın. Səbəbi isə odur ki, hər mağazaya görə 75 manatdan pul ödənməlidir. Bizə konkret desələr ki, gedin başqa yerə, işimizi bilərik. Onu da demirlər. Balaca bir yerə 850 manat pul ödəyirəm. Olan-qalan müştərilərimizi də itirdik. Mağazanın qapısını açan kimi bazar nəzarətçiləri gəlib mane olurlar, qoymurlar. Ayın sonu çatan kimi pul dalınca gələcəklər. Bağlanma səbəbi odur ki, camaatdan pul yığılmalıdır. Təqribən 2000 mağazadan 75 manatdan pul yığılmalıdır. Deyilənə görə, bazarda siqnalizasiya sistemi qurulacaq.Sahibkarlara bildirilib ki, qoyulan məbləğ ödənilməsə, bazar açılmayacaq. Bir sözlə, bazar rəhbəri öz öhdəsinə düşən şeyi sahibkarların boynuna qoyur. Bu özbaşınalıqdır”.
Xətai rayon İcra Hakimiyyətindən Criminal.az saytına bildirilri ki, bazarın bağlanması orada standartlara uyğun yanğın təhlükəsizliyi sisteminin qurulması ilə əlaqədardır. Bir neçə gün ərzində həmin işlər başa çatdırıldıqdan sonra bazar açılacaq.
Sahibkarlara ödəniləcək kompensasiyaya gəlincə, bildirildi ki, bu bazar rəhbərliyi ilə mağaza sahibləri arasındakı problemdir.
Son olaraq bildirək ki, bazar ətrafında gedən pul söhbəti iddialardır. Ancaq iddia olsa belə, maraqlı sual ortaya çıxır. İki min mağaza sahibinin hər birindən alınacaq 75 manat ümumilikdə 150 min manat edir. Maraqlıdır, yerdə qalan 50 min manat kimin cibindən çıxacaq?
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı














