Bakıdakı partlayışla bağlı rəsmi açıqlama - Cinayət işi açıldı

Noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisinə idarə etdiyi yük maşını ilə metal tullantıları gətirmiş 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlunun yük maşınının qarşısında dayanarkən əlində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Qaradağ rayon prokurorluğu və polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupunun, Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlarının, o cümlədən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın mütəxəssisləri tərəfindən zavodun ərazisində partlayıcı maddələrin, yararsız döyüş sursatının və onların komplekt hissələrinin olub-olmamasının müəyyən edilməsi istiqamətində kompleks yoxlamalar keçirilir. Eyni zamanda, partlamış qurğunun əldə olunduğu metal qəbulu məntəqəsinin və ya digər əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












