Bakıdakı piyada səkilərində və keçidlərində pandusların sayı artırılır

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı piyada səkilərində və eynisəviyyəli piyada keçidlərində pandusların təşkil edilməsi məqsədi ilə açıq tender elan edib.
Avtosfer.az xəbər verir ki, tenderdə iştirak haqqı 1500 manatdır. İddiaçılar ilkin sənədləri oktyabrın 30-na qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə noyabrın 7-nə qədər BNA-nın Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 111 ünvanındakı ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Mahmudovdur (tel.: (012) 404 41 20, daxili (4185)). Təkliflərə noyabrın 8-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.
Xatırladaq ki, hazırda yalnız Bakının "Sovetski” adlanan ərazisindəki piyada səkilərində və keçidlərdə 34 ədəd pandus var.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












