Bakıdakı sürüşmə sahələri aktivləşib, təhlükəli vəziyyət yaranıb - VİDEO

Bakı şəhəri və ətraf ərazilərdə mövcud olan sürüşmə sahələrində aktivləşmə müşahidə edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə AzTV-nin yayımladığı sujetdə bildirilib. Qeyd edilib ki, Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb.
Bildirilib ki, çatlar bütün yol və səkiboyu davam edir. Hətta yuxarı hissədə yerləşən məzarlıq da qismən çöküb. Tamamilə çökməsinə isə az qalıb.
Vurğulanıb ki, binalar, fərdi yaşayış evləri və minlərlə insanın yaşadığı bu ərazilər sürüşmə zonaları üçün aktiv yerlərdir.
Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov bildirib ki, artıq sürüşmələrin fəallaşma vaxtıdır və ehtyatlı olmaq lazımdır.
Qeyd edək ki, vaxtaşırı olaraq Bakının müxtəlif ərazilərində sürüşmə və çökmə hadisələri baş verir.


Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!










