Bakıdakı xüsusi zolaqlarda hərəkət qadağan ediləcək

"IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlardan istifadə ilə bağlı cərimə tətbiqinə hələ başlanmayıb". Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib: "Bakıda müəyyən edilən yollarda “IV İslam Həmrəyliyi Oyunları” zolaqları üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulduqdan sonra qaydanı pozan sürücülər cərimələnəcək.
K.Əliyev deyib ki, həmin zolaqlarda hərəkəti qadağan edən nişanların qoyulması prosesinə çox güman ki may ayının əvvəlində start veriləcək: “Qadağa mayın sonuna kimi davam edəcək. Hələlik isə yol nişanlarının qoyulması prosesinə başlanmadığı üçün sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb”.
K.Əliyev əlavə edib ki, sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə cərimə olunacaqlar: “ 24 saat ərzində zolaqlara nəzarət ediləcək. Aidiyyatı olmayan maşınların cərimələnməsi və məbləğ haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










