Bakıdan Amsterdama birbaşa aviareys açılır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakıdan Amsterdama (Niderland) birbaşa uçuşlara başlayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Niderland mediasına istinadən verdiyi məlumata görə, uçuşlar gələn ilin mayın 17-dən başlayacaq.
Məlumatda deyilir ki, təyyarələr Heydər Əliyev Hava Limanından Amsterdamın əsas aeroportu olan Sxiphola (Schiphol) uçacaq. Bundan öncə bu istiqamətdə Niderlandın KLM aviaşirkəti uçuşlar həyata keçirib.
Həftədə 4 dəfə həyata keçiriləcək uçuşlar üçün hələ konkret vaxt müəyyən edilməyib. Hazırda proqram rəsmi təsdiq edilmə mərhələsindədir. Digər bir variantla isə “Air France” aviaşirkəti Parisdən (Fransa) keçməklə Amsterdama uçuşların təşkilini Azərbaycan tərəfinə təklif edir.
Qeyd olunur ki, AZAL aviaşirkəti hələ 2011-ci ildə bu istiqamətdə uçuşlara başlamaq istəsə də, o zaman cəhdi uğursuz olub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












