Bakıdan bir çox Avropa şəhərlərinə birbaşa aviareyslər olacaq

Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində yeni aşağı büdcəli aviadaşıyıcı yaradılıb. “Buta airways” adlandırılan yeni büdcə aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olacaq və Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək. Bu aviaşirkətinin uçuşlarının 2017-ci ilin payızında başlayacağı gözlənilir.
“Buta airways” aviaşirkətinin özünəməxsus livreyada Embraer təyyarələri əsasında yaradılmış öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq.
“Buta airways” aviaşirkəti hazırda birbaşa aviareysin olmadığı bir çox Avropa şəhərlərində də reyslər təşkil edəcək ki, onlardan biri də İsveçrənin Zürix şəhəridir.
Qeyd edək ki, hazırda Bakıdan Zürixə birbaşa aviareyslərin olmaması həm oradan ölkəmizə gəlmək istəyən turistlərin, həm də xaricdə yaşayan Azərbaycanlıların işini çətinləşdirir. Zürix hava limanı Avropanın 3-cü ən böyük aeroportlarındandır ki, oradan sərnişinlər başqa istiqamətlərə uçuşlar həyata keçirir.
Bu aviareyslərin nə zaman başlayacağı ilə bağlı sorğumuza cavab verən “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirdi ki, bu aviaşirkətin uçuşlarının hansı istiqamətdə olacağını və hansı qiymətə təklif olunacağını müəyyən etmək vaxt tələb edir: “Bu məsələlər hələ ki, bəlli deyil. Bu haqda danışıqlar gedir. Hələ ki, nə isə demək tezdir. Bizə məlumat olan kimi onu ictimaiyyətə açıqlayacağıq”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












