Bakıdan İstanbula avtobuslar işləyir? - AÇIQLAMA

Bakı Beynəlxalq Avtovağzal Kompleksi son vaxtlar yayılan elanlara münasibət bildirib.
Avtosfer.az xəbər verir ki, qurumdan bildirilib ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə vətəndaşların Bakı Beynəlxalq Avtovağzalından İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının ərazisindən keçməklə Türkiyə Cümhuriyyətinə - İstanbul şəhərinə avtobus vasitəsilə aparılmasına dair xəbərlərə - elanlara rast gəlinir:
“Rəsmi qaydada bildiririk ki, Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin İstanbul şəhərinə sərnişindaşıma haqda yazılanların heç bir hüquqi əsası yoxdur.
Bakı-İstanbul-Bakı marşrutu digər beynəlxalq marşrutlar kimi hazırda fəaliyyət göstərmir. Vətəndaşlardan xahiş olunur ki, bu tipli yalan məlumatlara inanmamaqla özlərini və yaxınlarını bu kimi səyahətlərdən yayındırsınlar.
Hazırda avtovağzaldan respublikanın regionlarına sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrutlar haqqında ətraflı məlumatı (Onlayn bilet sifarişi də daxil olmaqla) avtovagzal.az saytından ala bilərsiniz”.
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ
İntensiv qar yağacaq, 17 dərəcə şaxta olacaq - PROQNOZ
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
Paytaxtda 20 istiqamətdə tıxac var - SİYAHI
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO










