Bakıdan İndoneziyanın paytaxtına aviareys açıla bilər

Tezliklə Bakıdan İndoneziyanın paytaxtı Cakartaya aviareysin açılması istiqamətində iş aparılır. Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani deyib. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Səfir bildirib ki, Azərbaycanla İndoneziya arasında hava əlaqəsi Bakı-Doha-Cakarta, Bakı-İstanbul-Cakarta və əks istiqamətlər şəklində mövcuddur. Hər iki ölkə arasında hava nəqliyyatı ilə birbaşa müntəzəm uçuşların təşkil edilməsi üçün isə həll edilməsi vacib olan məsələlər var. Bu məsələlərdən ən vacibi iki ölkə arasında sərnişin axınını təmin etməkdir. Hər iki ölkənin xalqları bu səfərlərə maraqlı olmalıdır. Bununla bağlı bir çox işlər görülür. Ölkələrin təbliği ilə bağlı proqramlar hazırlanır və həyata keçirilir. Düşünürəm ki, bu istiqamətdə işlər görüldükdən sonra tezliklə Bakı-Cakarta aviareysinin açılması məsələsi gündəmə gələ bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












