Bakıdan Kiyevə avtobusla yeni reys

Noyabrın 9-dan həftənin 1-ci və 4-cü günləri Bakı-Xarkov-Kiyev reysi fəaliyyətə başlayacaq. Bu barədə Avtosfer.az.az-a Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilib.
Məlumatda bildirilir ki, reysin yola düşmə vaxtı Bakı vaxtı ilə saat 11:00-da olacaq. Gediş qiyməti 100 manat təşkil edir.
Beş yaşına qədər olan uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. Beş yaşından on yaşına qədər uşaqlar üçün biletin qiymətinin 50%-i ödənilir. Sərnişinlər istədikləri təqdirdə, beş yaşına qədər olan uşaqlar üçün də yarı qiymətinə bilet əldə edə bilərlər.
Qiymətlər hər iki tərəfdən (həm Ukrayna, həm də Azərbaycan) daşımaları həyata keçirən şirkətlərin razılığı əsasında müəyyən edilib.
Biletlərin qiyməti müqavilədə iştirak edən şirkətlərin razılığı əsasında və hər iki respublikanın müvafiq orqanları tərəfindən təsdiq edilib.
Qeyd edək ki, Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək.
Avtobuslarda WIFI internet şəbəkəsi ilə təchiz edilib,Eyni zamanda sərnişinlər yol boyu çay, kofe ilə təmin olunur. Biletləri 10 gün öncədən kassadan və ya, online şəkildə əldə etmək olar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












