Bakıdan kruiz gəmisi çıxacaq

Xəzər dənizində kruiz gəmisi işə düşəcək. İstiPress-in məlumatına görə, "çay-dəniz" sinfindən olan və Rusiyada tərsanədə inşa edilən ilk gəmi 2019-cu ildən başlayaraq Xəzər dənizində kruiz səfərlərinə başlayacaq. Gəmi Bakıdan Rusiya, İran, Türkmənistan limanlarına daxil olmaqla hərəkət edəcək. Avtosfer.az istipress-ə istinadən məlumatına görə, bu barədə "Mosturflot" turizm şirkətinin direktor müavini Svetlana Qonçarova məlumat verib. Onun sözlərinə görə, gəmi Həştərxanda hazırlanır. İkinci gəminin də inşaası barədə razılıq əldə edilib.
"İndi ilk gəminin marşrut planı hazırlanır. Gəmi həm çay, həm dənizdə hərəkət edə bildiyi üçün klassik "Moskva-Sankt Peterburq" marşrutu saxlanılacaq. O, həm də Xəzər dənizində çalışacaq".
Onun sözlərinə görə, bu cür kruizlər Bakıdan yola başlayıb, İran, Türkmənistana gedib, Mahaçqalaya daxil olub və sonra yenidən Bakıya qayıdacaq.
"Payız fəslində gəmi Qara dənizdə bir neçə reys həyata keçirəcək. Qı.da isə Soçidə mehmanxana kimi fəaliyyət göstərəcək".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












