Bakıdan Naxçıvana yük aparan maşında bəyan edilməyən mallar aşkarlanıb - FOTO

Naxçıvanda gömrük postunda bəyan edilməyən mallar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və istintaq idarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Bakıdan Naxçıvana qarışıq yük gətirən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük yoxlaması tətbiq olunub.
Yoxlama zamanı yol-nəqliyyat sənədində odun doğrayan maşının ehtiyyat hissələri kimi qeyd olunan 583 kq yükün İran İslam Respublikası ərazisində boşaldıldığı və yerinə nəqliyyat qaiməsində göstərilməyən və sürücü tərəfindən bəyan edilməyən, ümumi çəkisi 529 kq olan 588 ədəd tomat pastasının və 10 ədəd qaz ocağının yüklənildiyi müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT













