Bakıdan rayonlara böyük köç başlandı - Təfsilat

Bakı metrosundan istifadə edən sərnişinlərin sayı azalmaqdadır. Dövlət Statistika Komitəsi xəbər verir ki, bu ilin yanvar-aprel aylarında metroya 71,8 milyon nəfər minib. Bu ötən ilin eyni dövrünə nisbətən 2,7% azdır (2015-ci ilin yanvar-aprel aylarında metro istifadəçiləri 73,8 milyon nəfər olub).
Qeyd edək ki, Bakı metrosundan istifadən edənlərin sayında azalma hələ ilin əvvəlindən müşahidə edilir. Belə ki, yanvar, fevral və aprel ayının özündə də sərnişinlərin sayı əvvəlki ilə nisbətən azı olub. Yalnız bu ilin mart ayında metrodan istifadə edənlər ötən ilin martına nisbətən 0,6% çox olub. Müşahidələr göstərir ki, metrodan istifadənin azalması Bakıdan rayonlara axının olması ilə bağlıdır. Yəni, neftin ucuzlaşması, investisiyaların azalması və son nəticədə paytaxtda tikinti işlərinin və məşğulluq imkanlarının məhdudlaşması regionlardan Bakıya iş dalınca gələnlərin sayının azalmasına səbəb olub.
Bu isə təbii olaraq metro nəqliyyatına tələbatı azaldır. Doğrudur, mütəxəsislər hesab edir ki, alternativ yollarla sərnişin daşınmasında vəziyyətin nisbətən yaxşılaşması, məsələn, “BakuBus” şirkətinin fəaliyyətini genişləndirməsi, şəhər nəqliyyatına rahat avtobusların buraxılması da metroya minənlərin sayının azalmasına təsir edir. Amma əsas səbəb son illər Bakıya toplaşan aktiv işçi qüvvəsinin bir hissəsinin rayonlara qayıtması ilə bağlıdır.
Fins.az
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












