Bakıdan Sumqayıta axşam qatarla qayıtmaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR - AÇIQLAMA

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planı"nın icrası çərçivəsində Xırdalan şəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq".
Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws”ə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
"Bu səbəbdən ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlar Bakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.
Bununla əlaqədar olaraq, sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlar 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək. Yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92 reysdən 104 reysə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə isə 56-dan 64-ə artırılacaq.
Bakıdan Sumqayıta həm indiyə qədər mövcud olan qrafiklərdə, həm də sentyabrın 15-dən tətbiq olunan qrafikdə saat 22:00-dan sonra reyslər olub. Hazırda da saat 22:30 və 23:00-da Bakıdan Sumqayıta qatarla səfər etmək olar",-deyə məlumatda qeyd olunub.
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO










