Bakıətrafı ərazilərdə sulu qar yağacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla qarışıq yağma ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 25-26-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 25-də arabir güclənən xəzri küləyinin 26-da gilavar küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










