Bakının Baş planına görə tarixi küçələrin aqibəti necə oacaq? – “SOVETSKİ”də SÖKÜNTÜ DAVAM EDİR - FOTO

11 il əvvəl söküntüsünə başlanan Bakının qədim məhəllələrindən biri “Sovetski”də növbəti ailələrin köçürülməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, keçmiş “Sovetski” məhəlləsinin (indi Nəriman Nərimanov prospekti) yerində Mərkəzi Parkın salınması üçün ilkin söküntü işləri aparılarkən 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektlərinin sahibləri ilə razılığa gəlinib.

Bu ayın ortalarından etibarən artıq Mərkəzi Parkın davamı olaraq söküntü işlərinin aparılacağı barədə yeni xəbərlər yayılıb. Yenə də rəsmi mənbə yoxdur, amma xəbərlərdə görüləcək işlərin detallı təsviri şübhə yeri qoymur.
Əvvəlki xəbərlərdə 14 küçənin əhatə etdiyi tarixi məhəllələrin söküləcəyi bildirilirdi.

Yeni məlumata görə, Mərkəzi Parkın davamı 3 küçənin - Abdulla Şaiq, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinin əhatəsində salınacaq. Söküntü ərazisinə düşən tikililərin uçurulması və ərazinin abadlaşdırılmasına milyonlarla manat ayrılacağı ilə bağlı iddialar səsləndirilib. Məsələ ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da heç bir nəticə əldə edə bilmədik.
Səfər
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











