Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

Xocalı faciəsinin ildönümü ilə bağlı keçiriləcək tədbirlərlə əlaqədar Bakının bəzi küçə və prospektləri bağlanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, fevralın 26-da Xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatana qədər Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Afiyəddin Cəlilov, İzzət xanım Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. BŞDYPİ vətəndaşlara göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












