Bakının bir neçə prospektində avtomobil yolları bağlanacaq

Bu gün axşam saatlarına qədər Bakının Nizami rayonunda, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsündə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, buna səbəb avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işlərinin davam etdirilməsidir. "Bu gün axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri paytaxtın Nərimanov və Xətai rayonlarında, "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq. Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir", - deyə məlumatda qeyd edilib.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












